Daha bir piyada yolda can verdi
Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə iyulun 1-də saat 1 radələrində qeydə alınıb.Rayon ərazisində Qobustan rayon sakini F.Ağazadə idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçən Laçın rayon sakini Maarif Musayevi vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
1113