Niyyət axşamı nə etməli?
16 may 2018 15:24 (UTC +04:00)

Niyyət axşamı nə etməli?

Bu gün axşam Müqəddəs Ramazan ayının niyyət axşamıdır. 12 ayın sultanı Ramazan artıq bu axşam başlayır. Bu axşam müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər.

 

Əhya gecələrinin vaxtı nə zamandır?

Lent.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının təqvimini açıqlayıb. Təqvimdə Ramazan ayının namaz vaxtları, o cümlədən imsaq və iftar vaxtları qeyd olunub.

Ramazan təqviminə əsasən, ilk Əhya gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecədir. Bu da iyunun 3-nə təsadüf edəcək.İkinci Əhya gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə olacaq ki, bu da iyunun 5-nə təsadüf edir. Üçüncü Əhya gecəsi iyunun 7-də (Ramazan ayının 22-dən 23-nə keçən gecə), sonuncu Əhya gecəsi isə iyunun 11-də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) olacaq. Qeyd edək ki, şəvval ayının 1-i (15 iyun) Fitr bayramıdır.

Tutulan oruclarınız, dualarınız qəbul, bayramınız mübarək olsun.

 

Niyyət axşamı nə etməli?

Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi – niyyət gecəsidir. Gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt qəlbdə niyyət etməklə hər bir müsəlman Ramazan ayına başlamış olur. Niyyəti həm hər ayrıca gün üçün, həm də bütün ay üçün etmək olar. Niyyət belə edilir (bütün Ramazan ayı üçün): “Bir ay Ramazan ayının orucunu tuturam, vacib qürbətən iləllah”. Belə deyilsə, artıq digər gecələr niyyət edilməsinə lüzum yoxdur.

Hər gün üçün niyyət belə edilir: “Sabah üçün Ramazan orucu tuturam, vacib qürbətən iləllah”. Belə niyyət edilirsə, o zaman niyyət hər axşam olmalıdır.

Niyyət necə edilməlidir?

Oruc tutan şəxs imsaq vaxtı və iftar zamanı hansı duaları oxumalıdır? Dinşünaslar hesab edir ki,  oruc tutan şəxsin edəcəyi əməli özü üçün müəyyənləşdirməsi niyyət sayılır. Bu şəxs orucun axırına kimi bu müəyyənliyində sabit qalmalıdır. Niyyəti dilə gətirmək vacib deyil. Oruc tutanlar bütöv ay üçün, yaxud ayrıca günlər üçün niyyət edə bilərlər.

 

Niyyət nə zaman edilməlidir?

İslam alimlərinin fikrincə vaxtı müəyyən olan vacib orucda (Ramazan ayının orucu kimi) niyyət gecənin əvvəlindən sübh azanına qədərki zaman periodunda, istənilən vaxt edilə bilər. Əgər niyyət etmək oruc tutan şəxsin yadından çıxsa, yaxud bilməsə və günortadan əvvəl yadına düşsə, bu halda; orucu batil edən (pozan) işlərdən görməyibsə, niyyət etməlidir. Əgər orucu batil edən (pozan) işlərdən görübsə, yaxud günortadan sonra yadına düşsə, orucu pozulmuş hesab edilir. Lakin şam azanına qədər orucu batil edən işlərdən (yeməkdən, içməkdən və s.) çəkinməli, sonradan həmin günün qəzasını tutmalıdır. Orucun vaxtı sübh azanından şam azanına qədərdir.

 

Ramazanın ilk gününün duası

İlk günün duası isə belədir: “İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsl gecə ibadətçilərinin ibadətindən qərar ver”.

Tutulan oruclarınız, dualarınız qəbul, bayramınız mübarək olsun, əziz müəlmanlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1861
avatar

Tural TURAN

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05