Nişanlandığı qızın evindən meyiti çıxdı - AZƏRBAYCANDA
05 iyul 2015 12:49 (UTC +04:00)

Nişanlandığı qızın evindən meyiti çıxdı - AZƏRBAYCANDA

Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, Cəlilabadın Günəşli kəndinə nişanlısıgilə qonaq gedən Salyan sakini orada özünü asıb.

 

Salyanın Şorsulu kənd sakini, 22 yaşlı Zahir Elşad oğlu Quliyevin cəsədi qonaq qaldığı evin damında asılmış vəziyyətdə tapılıb. Onun intihar etdiyi ehtimal olunur.

 

Qeyd edək ki, bu ailələr əvvəlcədən də yaxın qohum olublar.

 

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar