GÜNÜN ŞƏRHİ
Türkiyədə seçkilər yaxınlaşdıqca terror aktlarının miqyası da genişlənir. Seçkilər dünyanın diqqətinin Türkiyəyə cəmlənməsi deməkdir, istər PKK, istərsə İŞİD bu faktordan öz məqsədləri üçün maksimum yararlanmağa çalışır. Terror aktları seçkilərin nəticələrinə təsir edəcək amildir. Terrorçuların nöqteyi-nəzərindən uğurlu partlayışlar AKP-nin səslərinin azalması, müxalifətin səslərinin artması deməkdir, təhlükəsizlik qüvvələrinin keçirdiyi uğurlu əməliyyatlar isə hakim partiyasının səslərinin artmasına ciddi təsir göstərir. Bu səbəbdən PKK terroru və ona qarşı mübarizə 1 noyabr parlament seçkilərində həlledici amillərdən biri olacaq. Çünki kürd seçicilərin HDP ətrafında sıx birləşməsi, yaxud dövlətə sadiq kürd vətəndaşların AKP və CHP-yə səs verməsi, MHP-nin millətçi səsləri qazanması ya AKP-yə uduzması terror aktları və terrorçulara qarşı mübarizə kimi iki əks prosesdən nəzərəçarpacaq dərəcədə asılıdır. Bu səbəbdən dövlətinə bağlı hər kəs Türkiyədə seçki qutularından ölkədə terrora son qoyacaq bir nəticənin çıxmasını gözləyir. Və təəssüf ki, siyasi gündəmin aparıcı mövzusuna çevrilmiş altı hərfdən ibarət bu söz - terror yüzlərlə günahsız insanın qanının axıdılması deməkdir. Və təəssüf ki, Türkiyə seçkilərə şəhid tabutları ilə gedir...
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 Oktyabr
0
0
0
0