GÜNÜN ŞƏRHİ
Ukraynada münaqişə tərəflərini atəşkəsə riayət etməyə yalnız bir səbəb məcbur edə bilər. Taym-aut ehtiyacı. İndi münaqişə tərəflərinin gerçəkdən taym-aut götürməyə ehtiyacı var, çünki həm Ukraynanın, həm separatçıların, həm də Rusiyanın gücü tükənmək üzrədir. İqtisadi böhran münaqişədə iştirak edən bütün tərəflərə mənfi təsir göstərib. Neftin ucuzlaşması Rusiyanın iqtisadi gücünü zəiflədib, böhrana qarşı bütün vasitələrlə mübarizə aparan Moskva üstəlik Donbas regionunda 4 milyon əhalini iqtisadi cəhətdən təmin etmək məcburiyyətindədir. Kredit bataqlığında boğulan Ukrayna donor ölkələrdən aldığı yardımları son sentinədək kredit faizlərini ödəməyə sərf edir. Ukraynanın şərqində gedən döyüşlərin tərəflərə gündəlik 15 milyon dollara başa gəldiyini nəzərə alsaq, o zaman bu konfliktin tərəfləri iqtisadi cəhətdən necə çökdürdüyünü anlamaq çətin olmaz. Bu səbəbdən atəşkəs rejimi tərəflərə hava-su kimi lazımdır. Ukrayna, Rusiya və separatçı rejimlərin Minsk razılaşmalarına mütləq riayət olunacağı kimi israrlı bəyanatlarının əsl səbəbi də budur.
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 16 Fevral
79