Nərimanovda civə həyəcanı
11 oktyabr 2015 14:41 (UTC +04:00)

Nərimanovda civə həyəcanı

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda mənzildə termometrin sınması ilə bağlı müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, cihazın sınması nəticəsində onun daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 13:40-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar