263 nömrəli məktəbdəki hadisə ilə bağlı DİN-dən <span style="color:red;">AÇIQLAMA
25 aprel 2018 17:19 (UTC +04:00)

263 nömrəli məktəbdəki hadisə ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi Xətai rayonu 263 saylı məktəbdə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Lent.az-a açıqlamasında bildirib ki, Xətai rayonundakı məktəblərdən birində bir şagirdin digər iki məktəbli tərəfindən guya zorakılığa məruz qalması və döyülməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılıb, deyilənlər təsdiqini tapmayıb. Bu məlumatlar əslində hansısa maraqlı şəxslər tərəfindən məqsədli şəkildə yayılan dezinformasiyadır”.

 

Qeyd edək ki, bu gün big.az saytında 263 saylı orta məktəbdə 1-ci sinif şagirdi olan oğlan uşağının 10-cu sinifdə oxuyan iki oğlan tərəfindən zorlanması barədə iddialar yer alıb. Məktəbin direktoru Nürqələm Bayramova zorlama xəbərinin yalan olduğunu söyləyib. Lakin azyaşlı şagirdin 10-cu sinif şagirdləri tərəfindən döyüldüyünü deyən direktor həmin uşaqların məktəbdən uzaqlaşdırıldığını deyib.

 

Bir qrup valideyn isə məktəbin qarşısında toplanaraq baş verənlərə etirazlarını bildiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 433

Oxşar yazılar

Bakıda evdən 90 minlik  OĞURLUQ

Bakıda evdən 90 minlik OĞURLUQ

22 aprel 2025 , 15:40
Yeni doğulmuş körpəsini küçəyə atdı

Yeni doğulmuş körpəsini küçəyə atdı

22 aprel 2025 , 14:14
Bu rayonda bir gündə iki meyit  TAPILDI

Bu rayonda bir gündə iki meyit TAPILDI

22 aprel 2025 , 14:00
Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

22 aprel 2025 , 13:53
Sumqayıtda parkda  meyit tapıldı

Sumqayıtda parkda meyit tapıldı

22 aprel 2025 , 13:39
Məktəbli qızları şantaj edən  əcnəbiyə ağır cəza verildi

Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi

22 aprel 2025 , 13:32
Yol qəzası törədən polis saxlanıldı

Yol qəzası törədən polis saxlanıldı

22 aprel 2025 , 13:18
Kişini döyüb binadan atdılar

Kişini döyüb binadan atdılar

22 aprel 2025 , 12:38