Oktyabrın 23-də Şərur rayonu Mahmudkənd kəndinin ərazisində dəhşətli yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Türkiyə vətəndaşı Bayhan Akçay idarə etdiyi “Mercedes” markalı avtomaşınla yolu keçən Düdəngə kənd sakinləri, azyaşlılar - Gülay Rzayeva və onun bacısı Tülayı vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaqlar orada ölüb.