"Azərbaycanda məişət tullantılarının 75 faizi təkrar emala yararlıdır" - <span style="color:red;">ABŞ Səfirliyi
21 may 2016 14:34 (UTC +04:00)

"Azərbaycanda məişət tullantılarının 75 faizi təkrar emala yararlıdır" - ABŞ Səfirliyi

 

ABŞ-ın  Azərbaycandakı səfiri Robert Sekutanın xanımı Anna Sekuta səfirlikdə təkrar emala göndəriləcək karton, kağız, plastik tullantıların ilk toplanmasında iştirak edib. "APA-Economics" xəbər verir ki, bu barədə səfirliyin "Twitter" hesabında qeyd edilib.

 

Məlumatda deyilir ki, ABŞ səfirliyi Azərbaycanda təkrar emala dəstək olmaq üçün "Azersun Holding" ilə əməkdaşlıq etməkdən məmnunluq duyur: "ABŞ səfirliyi Azərbaycanda ekoloji problemləri azaltmaq istiqamətində çalışır. Təkrar emal sənayesi iqtisadiyyata faydalıdır - ABŞ-da 47 milyard dollar gəliri olan sənaye Azərbaycanda da yeni iş yerləri yarada bilər. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi Azərbaycanda məişət tullantılarının 75%-ni təkrar emala yararlı hesab edir" 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284

Oxşar yazılar