Nardaranda aksiya təxirə salındı
05 aprel 2013 16:33 (UTC +04:00)

Nardaranda aksiya təxirə salındı

0

Bakının Nardaran qəsəbəsində bu gün keçirilməsi nəzərdə tutulan aksiya təxirə salınıb.

 

APA-nın xəbərinə görə, qəsəbə sakini İlqar Abbasovun jurnalistlərə verdiyi açıqlamaya görə, dindarlar Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin vasitəçiliyi ilə rəsmi qurumlarla danışıqlar aparırlar. Məhz buna görə də aksiya təxirə salınıb.

 

Qeyd edək ki, Nardaran qəsəbəsində polis təhlükəsizlik tədbirləri görüb.

 

Qəsəbəyə giriş üçün məhdudiyyət yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1232

Oxşar yazılar