Müdafiə Nazirliyindən yeni kadr təyinatı ilə bağlı <span style="color:red;">AÇIQLAMA
09 sentyabr 2015 19:32 (UTC +04:00)

Müdafiə Nazirliyindən yeni kadr təyinatı ilə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyi yeni kadr təyinatı barədə yayılan xəbərlərə münasibət bildirib.

APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bəzi elektron KİV-də yayılan "Müdafiə Nazirliyində yeni idarə rəisi təyin edilib" xəbəri həqiqətə tam uyğun deyil”.

Qeyd edilib ki, polkovnik İlqar Məmmədov uzun illərdir, hərbi xidmətdədir və artıq xeyli müddətdir ki, İşlər İdarəsinin rəisi vəzifəsindədir.

Müdafiə Nazirliyi bildirir ki, ehtiyatda olan İşlər İdarəsinin əvvəlki rəisi, polkovnik Azad Əsədovun vəfatı onu tanıyanların hamısını kədərləndirib:  “Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və əzizlərinə səbir diləyirik. Bildiririk ki, Azad Əsədov 2015-ci ilin mart ayından Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, "Tərəflərdən birinin təşəbbüsü ilə (xəstəliyi ilə əlaqədar)" işdən azad edilib”.

Xatırladaq ki, bu gün bəzi saytlarda Müdafiə Nazirliyində yeni kadr təyinatı olması barədə məlumat yayılıb. Məlumatda bildirilib ki, polkovnik İlqar Məmmədov MN-in İşlər İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edilib ki, polkovnik Azad Əsədov xəstəliyi ilə əlaqədar öz xahişi ilə vəzifəsindən azad edilib. O, sentyabrın 8-də dünyasını dəyişib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar