Trend Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 13 yüksək vəzifəli əməkdaşının vəzifələrindən azad edilərək, sərəncama götürülməsi barədə məlumat verib.
Agentlik onlardan 5-nin adını da açıqlayıb.
Bunlar MTN-nin Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyev, MTN-nin Antiterror Mərkəzinin idarə rəsinin müavini, polkovnik Nail Tağızadə, Kadrlar Baş İdarəsinin yüksək rütbəli əməkdaşı Aysel Əlizadə, polkovnik Nazim Lətifov, həmçinin nazirliyin Astara rayon şöbəsinin rəisidir.
Xatılardaq ki, MTN-nin İctimaiyyətlə Əlaqə Mərkəzindən təyinatlarla bağlı hər hansı xəbər almaq mümkün deyil.