Mövqelərimiz atəşə tutulub
12 aprel 2013 10:05 (UTC +04:00)

Mövqelərimiz atəşə tutulub

Mövqelərimiz yenidən atəşə tutulub. MN-nin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şirvanlı və Yusifcanlı, Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360
avatar

Oxşar yazılar