Moskvada azərbaycanlı Ruslan Qaraxaylı qətlə yetirilib. Lent.az-ın “Lifenews”a istinadən verdiyi məlumata görə, 27 yaşlı həmyerlimizə paytaxtın şərqindəki “Çerkizovskie privozı” ticarət mərkəzi yaxınlığında hücum edilib.
Qaraxaylıya 10-dan çox bıçaq zərbəsi endirilib. Onun meyitini yoldan keçənlər gündüz saat 2 radələrində aşkarlayıblar. Həmyerlimizin bu ərazidə işlədiyi və Moskvada müvəqqəti qeydiyyatda olduğu üzə çıxıb. Hadisə yerinə təcili yardım xidmətinin əməkdaşları onun nədən öldüyünü müəyyənləşdirmək üçün gəliblər. Habelə, qətlin törədildiyi ərazidə operativ istintaq qrupu və təhqiqatçılar çalışırlar.
Qətlin ticarət mərkəzi ilə üzbəüz keçiddə çalışan bir qrup şəxs tərəfindən törədildiyi güman olunur.