Moldova Ermənistana 1500 ədəd S-8 raketi satmağa hazırlaşır
06 aprel 2013 12:59 (UTC +04:00)

Moldova Ermənistana 1500 ədəd S-8 raketi satmağa hazırlaşır

 

“Moldova Baş Prokurorluğu Ermənistan və Ukrayna ilə imzalanmış silah satışına dair sazişi “tamamilə qanuni” hesab etdikdən sonra silah partiyaları yola salınmasını gözləyir”.


APA-nın bildirdiyinə görə, bu barədə Moldovanın “Omega” agentliyi hökumətdəki mənbələrə istinadən məlumat verib.

 

Mənbənin məlumatına görə, KİV-də silah satışı ilə bağlı məsələ qaldırıldıqdan sonra parlament istintaq komissiyasının araşdırmaları ilə əlaqədar silahların sifarişçiyə çatdırılması dayandırılıb: “Bu yaxınlarda Baş Prokurorluğun qərarı ilə saziş “qanuni” sayılıb və silahların çatdırılmasına icazə verilib. Bütün bu işlər baş nazirin göstərişindən sonra həyata keçiriləcək”.

 

Saziş üzrə Ukraynaya 11 ədəd 9P140 döyüş maşınının bazasında 220 mm çaplı “Uraqan” reaktiv yaylım atəş sistemi, bu sistem üçün 12 ədəd 9T452 tipli nəqliyyat-yükləmə maşını, 27 ədəd 9P149 “Şturm-S” tank əleyhinə kompleksinin özüyeriyən işəsalma qurğusu, 1344 ədəd S-8 KOM tipli raket, 219 ədəd 9M114 “Şturm-S” tipli tank əleyhinə idarə olunan raket, 1 ədəd 9V868 tipli “Şturm” nəzarət-yoxlama maşını, Ermənistana isə 1500 ədəd S-8 idarə olunmayan raketləri (NURS) çatdırılmalıdır.

 

Agentliyin məlumatına görə, Azərbaycanla müharibə vəziyyətində olan Ermənistana silah satışı faktı üzrə Moldova parlamentinin istintaq komissiyasının qətnaməsinə əsasən, 25 aprel 2012-ci il tarixində cinayət işi açılıb. Mətbuata sızmış məlumatlara görə, Moldova hökuməti 2011-ci ilin sentyabr ayında gizli olaraq Ermənistan 60 ton raket satıb. “Omega” agentliyinin apardığı araşdırmaya görə, Moldova Müdafiə Nazirliyi silahları tenderin keçirmədən ucuz qiymətə satıb. Parlament istintaq komissiyası da silah satışı sazişi ilə bağlı çoxsaylı qanun pozuntularının olduğunu aşkarlayaraq, faktı araşdırmaq üçün Baş Prokurorluğa göndərib.

 

Agentlik qeyd edib ki, parlament araşdırmasından bir il sonra Moldova Baş Prokurorluğu parlamentə məlumat vermədən “cinayət tərkibi olmadığına görə” saziş barədə açılmış işə xitam verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28