Mingəçevirdə maşın qaçırıldı - [b]İçərisində 150 minlik qızıl-zinət əşyaları ilə[/b]
27 noyabr 2017 21:14 (UTC +04:00)

Mingəçevirdə maşın qaçırıldı - [b]İçərisində 150 minlik qızıl-zinət əşyaları ilə[/b]

Mingəçevir şəhərində içərisində 150 min manatdan çox qızıl-zinət əşyaları olan avtomobil qaçırılıb.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində, ticarət mərkəzi yaxınlığındakı qızıl mağazasının qarşısında qeydə alınıb.

 

Belə ki, 1962-ci il təvəllüdlü Mingəçevir şəhər sakini, qızıl mağazasının sahibi Azər Nazim oğlu Müzəffərov axşam saatlarında həmişə olduğu kimi dükandakı bütün qızıl-zinət əşyalarını xüsusi çantaya yığaraq “VAZ-2107” markalı avtomobilinə qoyub işə saldıqdan sonra obyekti bağlamağa gedib. Bu zaman avtomobil naməlum şəxs tərəfindən qaçırılıb.

 

Faktla bağlı araşdırmalara və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250
avatar

Oxşar yazılar