Mingəçevirdə maşın aşıb, ağır xəsarət alanlar var
04 mart 2013 22:12 (UTC +04:00)

Mingəçevirdə maşın aşıb, ağır xəsarət alanlar var

 

Mingəçevir şəhərində ağır avtomobil qəzası baş verib. APA-nın məlumatına görə hadisə bu gün saat 16:00 radələrində qeydə alınıb. Şəhər sakini 1990-cı il təvəllüdlü Cəfərov Razim İnayət oğlu 90-KJ-432 dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşını küçənin kənarındakı səkiyə çırpıb, sonra isə avtomobil 2 ağacı və bir işıq dirəyini qıraraq aşıb. Hadisə nəticəsində sürücü Razim Cəfərov və sərnişin Mustafayev Əbülfət Akif oğlu ağır bədən xəsarətləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

# 940
avatar

Oxşar yazılar