Milli Məclisin sektor müdirinin qətlinin məhkəməsindən: "Dedi ki, atam arvadını öldürüb"
07 fevral 2017 11:51 (UTC +04:00)

Milli Məclisin sektor müdirinin qətlinin məhkəməsindən: "Dedi ki, atam arvadını öldürüb"

Milli Məclisin sektor müdiri olan həyat yoldaşını baltalayaraq qətlə yetirməkdə təqsirləndirilən Məzahir Qasıminin cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Kamal İsmayılov ifadə verib. O, ifadəsində həmin ailə ilə uzun müddət qonşu yaşadığını, onlar arasında heç bir ədavət olmadığını deyib:

 

"Onların evindən heç bir səs-küy eşitməmişəm. Dava elədiklərini görməmişdik. Həmin günü saat 4 yarısı idi işdən gəlirdim gördüm evin qabağında çoxlu polislər var. Hadisə olduğunu güman etdim. Maraqlananda eşitdim ki, Məzahir yoldaşını qətlə yetirib. İnana bilmirdim. Çünki Məzahirin bu cür hadisə törədəcəyi ağlıma gəlməzdi. Fəridənin qaşığı qızdırıb Məzahirin bədəninə basdığının da şahidi olmamışam. Bununla bağlı Məzahir heç vaxt şikayət etməyib".

 

Prosesdə hakim bildirib ki, iş üzrə iki şahid - təqsirləndirilən şəxsin birinci həyat yoldaşı Nailə Qasımlı və Fəridə Məcidovanın rəfiqəsi Qalina Quliyeva məhkəmə gələ bilmədiyinə görə prosesdə onların ifadəsi elan olunub. Nailə Qasımova istintaqa verdiyi ifadəsində bildirib ki, 1983-cü ildə Məzahirlə boşanıblar:

 

"Rəsmi nikahımızdan Elman və Vüqar adlı iki oğlumuz var. Boşansaq da Məzahir oğullarına, ailəyə maddi yardım edirdi. Vüqar atası ilə tez-tez görüşür, hətta Məzahirin Fəridə ilə birgə yaşadığı evə gedib gəlirdi. Vüqar da həmişə deyirdi ki, Fəridə özündən razı birisidi. Ona görə Vüqar Fəridənin evinə gedib gəlməyi azaltdı. Məzahirin özünün "Sədərək" Ticarət Mərkəzinində obyekti var. Hadisə ilə bağlı Vüqar mənə dedi. Evdə oturmuşdu, gördüm sıxılır. Dedin nə olub, bildirdi ki, atam Fəridəni öldürüb. İnanmadım çünki Məzahir elə bir insan deyildi".

 

Daha sonra Qalina Quliyevanın istintaqa verdiyi ifadə elan olunub. Məhkəmədə sənədlərin tədqiqi mərhələsinə keçirilib. Cinayət işi üzrə bəzi sənədlər elan edilib. Məzahir Qasimi barəsində keçirilən tibbi ekspertizanın rəyinə görə onun barəsində heç bir psixoloji problem yoxdur.

 

Müdafiə tərəfinin vəkili Asif Abdullayev vəsatət verərək bildirib ki, təqsirləndirilən şəxs barəsində yenidən tibbi ekspertiza keçirilməlidir: "Zərərçəkən şəxsin də qohumları bildirdi ki, Məzahir sakit adam olub. Hadisə törədəcəyi heç kimin ağlına gəlməzdi. Burdan məlum olur ki, hadisə vaxtı Məzahirin xüsusi psixi durum yaxşı olmayıb, problemləri olub. Ona görə yenidən ekspertiza keçirilməlidir".

 

Prokuror isə vəsatətin təmin olunmamasını istəyib. Vəsatət təmin edilməyib. Bundan sonra məhkəmə istintaqının başa çatdırıldığı elan edilib. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxış üçün vaxt istəyib.

 

Məhkəmə fevralın 14-də davam edəcək. Qeyd edək ki, hadisə bu il sentyabrın 9-da Səbail rayonu Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında baş verib. Həmin ünvanda yaşayan M.Qasımi həyat yoldaşı Fəridə Məcidovaya balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisəni törədən M.Qasımi saxlanılıb. Qətlə yetirilən F.Məcidova Milli Məclisin Aparatında sektor müdiri vəzifəsində çalışıb. O, ötən il yaşı ilə əlaqədar təqaüdə göndərilib. Mərhum ümumən 30 il Milli Məclis Aparatında müxtəlif vəzifələrdə işləyib. Yaxınlarının sözlərinə görə, F.Məcidovanın həyat yoldaşı M.Qasımi arasında ev söhbəti olub. Bundan sonra mübahisə qızışıb və M.Qasımi tamah məqsədi ilə qadını amansızcasına qətlə yetirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 132
avatar

Səlcuq Elçin

Oxşar yazılar