Metronun qarşısında institut işçisini soymaq istədilər
17 yanvar 2014 15:20 (UTC +04:00)

Metronun qarşısında institut işçisini soymaq istədilər

Bakıda soyğunçuluq hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında dilənçiliklə məşğul olan qadın Qocayeva Şəms Əhməd qızına yaxınlaşıb. Həmin şəxs Ş.Qocayevanın əlindəki çantanı dartıb alıb və qaçmağa başlayıb. Lakin ətrafdakı şəxslərin köməkliyi ilə o, uzaqlaşmadan yaxalanıb.


Araşdırmalara nəticəsində soyğunçuluq etmiş şəxsin qaraçı əsilli, 30 yaşlı Marina Abdullayeva olması müəyyən edilib.

Qeyd edək ki, soyğunçuluğa məruz qalmış Ş.Qocayeva Nəsimi adına Azərbaycan Dilçilik İnstitutunun əməkdaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1200
avatar

Nizam Rza

Oxşar yazılar