Fevralın 4-də saat 12:40 radələrində, metronun “28 May” stansiyasında Bakı şəhər sakini Afi Aslanovanın cibindən mobil telefonu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinin Cinayət axtarış qrupu əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxsin Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Rasim Nəcəfovun olduğu müəyyənləşib.
Faktla bağlı araşdırmalar aparılır.