Metroda qatarların hərəkətində gecikmə olub
11 mart 2013 10:16 (UTC +04:00)

Metroda qatarların hərəkətində gecikmə olub

 Bu gün səhər saatlarında Bakı metropolitenində qatarların hərəkətində ləngimə olub.


 

Metronun «Dərnəgül-Həzi Aslanov» xətti boyunca qatarların hərəkətində 20-25 dəqiqə fasilə yaranıb.

 

Metropolitenin dispetçer xidmətindən «APA-Economics»ə verilən məlumata görə, baş verən gecikmə həmin istiqamətdə hərəkət edən qatarların birində nasazlığın baş verməsi ilə əlaqədar olub. Həmin qatar xətdən çıxarılanadək metronun işində fasilə yaranıb.

 

Xidmətdən bildirilib ki, nasaz qatar depoya göndəriləndən sonra hərəkət bərpa olunub, hazırda metronun işi normal rejimdə davam edir.

 

# 1133
avatar

Oxşar yazılar