Çelyabinsk vilayəti hakimiyyəti meteoritin düşməsi nəticəsində bölgəyə dəyən ziyanın ilkin dəyəri açıqlayıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, vilayətin qubernatoru Mixail Yureviç təbii fəlakət nəticəsində bölgəyə 33 milyon dollar (bir milyard rubl) ziyan dəydiyi haqda açıqlama verib.
Dağıntı bölgəsinə gələn qubernatorun sözlərinə əsasən, son nəticə fevralın 18-də açıqlanacaq.
Mənbə bildirib ki, göy cisminin düşməsi nəticəsində min yaxın insan çeşidli dərəcədə xəsarət alıb.