Mehman Sadıqov: “ Cəzaçəkmə müəssisəsində qiyam olmayıb”
20 iyul 2013 14:42 (UTC +04:00)

Mehman Sadıqov: “ Cəzaçəkmə müəssisəsində qiyam olmayıb”

 

 

 

“Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində hər hansı qiyam və yaxud iğtişaş baş verməyib ”. Bu açıqlamanı APA-ya Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.


 

M. Sadıqov bildirib ki, orada qiyam baş verməsi barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatların heç bir əsası yoxdur: “Bizdə konvoy dəstələri planlı şəkildə hər həftənin şənbə günü barələrində hökm çıxmış və Qaradağ rayonunda yerləşən cəzaçəkmə müəssisələrindən birində cəzasını çəkməyə məhkum edilmiş məhkumları istintaq təcridxanasından müəssisəyə, həmçinin həmin müəssisələrdə olan xəstə məhkumlar müalicə müəssisəsinə aparır”.

 

Qeyd edək ki, bəzi  xəbər saytlarında 12 saylı Cəzaçəkmə Müəssisəsində məhkumların qiyam etdikləri barədə məlumatlar yayılıb. Həmin məlumatlarda məhkumların saxlanma şəraitinə etiraz etdikləri və əraziyə xüsusi konvoy dəstələrinin cəlb olunduğu vurğulanıb. 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734
avatar

Oxşar yazılar