Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilərək məhkum edilən Esmira Cəfərovanın şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, E. Cəfərovanın şikayəti təmin edilməyib.
Xatırladaq ki, 2014-cü ildə oğurluqda təqsirləndirilərək 6 il 6 ay müddətində azadlıqdan məhrum edilən E. Cəfərova həbsxanada uşaq dünyaya gətirdiyini iddia edərək, azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. O, barəsində seçilmiş həbs qətimkan tədbirinin Cinayət Məcəlləsinin 79-cu (Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) maddəsinə tövsif olunmasını istəyib.