Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Mehdiabad qəsəbəsində “VAZ 21 01” markalı minik avtomobili yolu keçən piyada, 1976-cı il təvəllüdlü Qasımov Vüqar Məhərrəm oğlunu vurub. 38 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı Abşeron RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.