Martın 27-də Masallı rayonunda silahlı insident baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xırmandalı kənd sakini Sultanxanım İsayeva rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmin gün oğlu Fərahimin ov tüfəngi ilə onu öldürəcəyi ilə hədələməsini bildirib.
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisə yerindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. Araşdırmalar davam etdirilir.