Masallıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 29-da Masallı rayonunun Qəzvinoba kəndində yaşayan Zakir Mehdiyev sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Z.Mehdiyev sentyabrın 30-da xəstəxanada ölüb.
Araşdırma aparılır.