[b]Bakıda avtobuslar gecə saatlarınadək işləyəcək - <span style="color:red;">YENİLƏNİB [/b]
03 iyul 2018 23:00 (UTC +04:00)

[b]Bakıda avtobuslar gecə saatlarınadək işləyəcək - YENİLƏNİB[/b]

Sərnişindaşıma sahəsində vəziyyətin normallaşdırılması, müntəzəm marşrut xətləri üzrə avtobusların fasiləsiz fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, “20 Yanvar” dairəsindən sərnişinlərin birbaşa Sumqayıt istiqamətində daşınması təmin edilib. Bakı Nəqliyyat Agentliyi ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin koordinasiyalı işi sayəsində 20 ədəd iritutumlu avtobus cəlb edilib.

 

Məlumat üçün qeyd edək ki, hazırda Bakı Nəqliyyat Agentliyinin ərazisində “BakuBus” MMC-yə məxsus 10-dan artıq nəqliyyat vasitəsi ehtiyat tədbirləri üçün hazır vəziyyətdə saxlanılır. Zərurət yaranacağı təqdirdə həmin avtobuslar da sərnişinlərin xidmətinə veriləcəkdir.

 

22:30

Sərnişindaşıma sahəsində vəziyyətin normallaşdırılması, müntəzəm marşrut xətləri üzrə avtobusların fasiləsiz fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.  

 

Qurumdan Lent.az-a daxil olan məlumata görə, “20 Yanvar” metro stansiyasının çıxışları ətrafında sərnişinlərin marşrut xətləri üzrə maneəsiz daşınması təmin edilib.

 

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən ətraf ərazilərə avtobusların rahat və maneəsiz hərəkəti təmin edilib. Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən şəhər mərkəzinə gedən əhalinin də vaxtında və rahat daşınması üçün zəruri tədbirlər görülüb. Artıq hər hansı bir narahatlıq müşahidə olunmur.

 

Metronun “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və yaxın ərazilərdə də əhalinin daşınması hazırda çətinlik olmadan həyata keçirilir.

 

Metronun “Nəsimi”, “Azadlıq Prospekti” və “Dərnəgül” stansiyalarının ətrafında da sərnişin axını tam şəkildə idarə olunur.

 

“Ulduz”, “N.Nərimanov” və “Gənclik” metrostansiyaları ətrafında da sərnişindaşımada çətinlik müşahidə olunmur.

 

“28 May” metrosu stansiyasından Əhmədli, Günəşli qəsəbələri və Koroğlu istiqamətlərində yaranan sərnişin sıxlığı da nəqliyyat vasitələrinin sayının artırılması ilə aradan qaldırılıb.   

 

Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən bütün marşrutlar üzrə xətlərə maksimum dərəcədə nəqliyyat vasitəsi cəlb edilib. Bir daha bəyan edirik ki, müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti gecə saatlarınadək davam edəcək.

Yol hərəkətinin təşkili üzrə görülən tədbirlər nəticəsində Zığ Dairəsi-Hava limanı avtomagistralında elektron məlumat lövhələrinin fəaliyyəti bərpa edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 261
avatar

Tural TURAN

Oxşar yazılar