Göyçay şəhərində kişi meyiti tapılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında rayon sakini Göyçay rayon Polis Şöbəsinə zəng edərək "Dəniz" marketin qarşısında təxminən 60 yaşı olan naməlum kişi meyitinin olması barədə məlumat verib.
Polis əməkdaşları hadisə yerinə gələrək meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparıblar. Hazırda onun kimliyi və hansı səbəbdən öldüyü araşdırılır.