Abşeron rayonunda oğurluğa cəhd edən şəxs yaxalanıb. Lent.az-ın məlumatına görə, saat 03:18 radələrində, Xırdalan şəhəri, 28-ci məhəllə, H.Əliyev prospektində yerləşən marketdən daxil olmuş “həyəcan” siqnalı yoxlanıb. Bu zaman obyektin giriş qapısının açıq olduğu aşkar edilib. Polis əməkdaşlar obyektə baxış keçirən zaman oğurluğa cəhd edən, rayonun Quşculuq massivində yaşayan 1995-ci il təvəllüdlü Hüseynov Araz Nazim oğlunu saxlayıblar. O, sonrakı araşdırmalar aparılması üçün Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.