Bakıda mağazadan seyf oğurlanıb. Lent.az-ın məlumatına görə, fevralın 26-na keçən gecə Babək prospektində yerləşən Turan Səfərova məxsus mağazadan, içərisində 4000 manat olan seyf, dolabdan 1000 manat və elektrik ləvazimatları oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Məmməd Hüseynov, Mehdi Zeynalov və Sədi Zeynalov tutulub.
Araşdırmalar davam etdirilir.