Lənkəran şəhərində qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ləvəngi dairəsi adlanan ərazidə 1991-ci il təvəllüdlü Əmrah Məmmədov həmyerlisi 19 yaşlı Elvin Vəliyevi bıçaqlayaraq öldürüb. Hadisəni törətmiş şəxs tutulub. Faktla əlaqədar cinayət işi açılıb.
Qətlin səbəbi hələlik məlum deyil. Araşdırma aparılır.