Lənkəranskinin qətli ilə bağlı 4 nəfər həbs edildi - <span style="color:red;">3-ü AZƏRBAYCANLIDIR
19 avqust 2016 14:31 (UTC +04:00)

Lənkəranskinin qətli ilə bağlı 4 nəfər həbs edildi - 3-ü AZƏRBAYCANLIDIR

 

Ötən gecə İstanbulda qətlə yetirilən kriminal aləmin üzvü Rövşən Lənkəranskiyə silahlı hücumla bağlı 4 nəfər həbs edilib.

 

Lent.az Türkiyənin Show TV kanalına istinadən xəbər verir ki, ilkin araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Onlardan 3-ü Azərbaycan, 1-i isə Türkiyə vətəndaşıdır. Saxlanılan şəxslərin kimliyi ilə bağlı hüquq-mühafizə orqanlarından əlavə məlumat verilməyib. 

 

Xəbərdə bildirilir ki, İstanbul polisi hadisə baş verdikdən dərhal sonra cinayəti törədən şəxslər isti izlərlə yaxalamağa çalışıb. Silahlı hücumun baş verdiyi Beşiktaş bölgəsindəki bütün müşahidə kameralarındakı görüntülər araşdırılıb və şübhəli şəxslərin izinə düşülüb. İlkin dəlillərdən yola çıxaraq cinayəti törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 245
avatar

Oxşar yazılar