Lənkəranda toyda kütləvi dava: 3 nəfər bıçaqlandı
10 sentyabr 2015 21:38 (UTC +04:00)

Lənkəranda toyda kütləvi dava: 3 nəfər bıçaqlandı

0

Lənkəranda toyda kütləvi dava olub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 10-da axşam saatlarında şəhərdəki şadlıq evlərinin birində qeydə alınıb. Toy şənliyi zamanı gənclər arasında  yaranmış mübahisə qızışaraq davaya çevrilib. Nəticədə davanın iştirakçılarından 3 nəfər – şəhər sakinləri Əlisəfa Tağıyev, Zaur Tağıyev və Elçin Mustafayev müxtəlif dərəcəli bıçaqlanma xəsarətləri ilə Lənkəran mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onların hər üçü əməliyyat blokuna götürülüb, həkimlər tərəfindən zəruri tədbirlər görülür.

 

 

Faktla bağlı rayonun hüquq mühafizə orqanları araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar