Lənkəranda piyadanı maşın vurdu
14 sentyabr 2015 21:35 (UTC +04:00)

Lənkəranda piyadanı maşın vurdu

0

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 14-də saat 19.00 radələrində Lənkəran şəhərinin Şəhidlər Xiyabanı ərazisində qeydə alınıb.

 

Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “VAZ-21099” markalı, 42 BL 381 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən piyadanı, Lənkəran şəhərinin Sahil küçəsi, 43 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Zahid Zakir oğlu Babayevi vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

 

Yaralı başının təpə nahiyəsinin kəsilmiş-deşilmiş yarası və sağ çiyninin yerindən çıxması diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən göstərilmiş müvafiq tibbi tədbirlərdən sonra onun vəziyyətinin stabil olduğu bildirilir.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar