Lənkəranda maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
10 sentyabr 2015 02:33 (UTC +04:00)

Lənkəranda maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı

0

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 9-dan 10-a keçən gecə  şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

 

Xaçmaz rayon sakini, 1981-ci il təvəllüdlü  Ramin Qiyaməddin oğlu Məmmədlinin idarə etdiyi "Opel Astra" markalı,  "99 HC 226" dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Güclü zərbənin təsirindən sürücü oturduğu yerdən qoparaq idarə etdiyi nəqliyyat vasitəsinin altında qalıb. Onu xəstəxanaya apararkən yarıyolda dünyasını dəyişib.

 

Avtomobilin yaralanmış sərnişini, 25 yaşlı Rasim Umudov isə xəstəxanaya yerləşib. Qəzaya düşmüş hər iki şəxsin hərbi qulluqçu olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 205

Oxşar yazılar