Lənkəranda minik avtomobili piyadanı vurub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Şahağac şose yolunun rayonun Siyavar kəndindən keçən hissəsində qeydə alınıb.
Lənkəran şəhər sakini Rafael Qurbanovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən yolu keçmək istəyən piyada, rayonun Mamusta kənd sakini Arzuman Rzayevi vurub. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri almış piyadanı öz avtomobili ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.