Lənkəranda "VAZ-2107" ilə "Daewoo" toqquşdu: 4 yaralı
17 may 2016 01:01 (UTC +04:00)

Lənkəranda "VAZ-2107" ilə "Daewoo" toqquşdu: 4 yaralı

Lənkəranda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə mayın 16-da axşam saatlarında rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

 

Sürücülərinin şəxsiyyəti hələlik məlum olmayan "Daewoo" markalı, 10 PS 727 dövlət nömrə nişanlı minik avtomobili  "VAZ-2107" markalı , 42 BT 994 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. 

 

Güclü zərbədən “VAZ-2107”-nin sərnişinləri, Lənkəran şəhər sakinləri, 1971-ci il təvəllüdlü Fuad Rəhimov, 1978-ci il təvəllüdlü Sənubər Rəhimova, 1999-cu il təvəllüdlü Cəmil Rəhimli və 1994-cü il təvəllüdlü Teymur Hacızadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların bir ailənin üzvü olduğu bildirilir.

 

İlkin versiya kimi hadisənin "Daewoo" markalı minik avtomobilinin yol hərəkəti qaydalarına düzgün əməl etməməsi səbəbindən baş verdiyi göstərilir. Hazırda polis hadisə yerindən qaçmış sərxoş sürücünün saxlanılması istiqamətində tədbirlər görür.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 181

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15