Lamiyə olayına görə nazirliyin 2 əməkdaşı istintaqa cəlb olunub <span style="color:red;">- ŞOK İDDİA
07 fevral 2015 10:43 (UTC +04:00)

Lamiyə olayına görə nazirliyin 2 əməkdaşı istintaqa cəlb olunub - ŞOK İDDİA

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Lamiyə Quliyevanın həbsxanada cəzasının daha 5 il yarım artırılması haqda qərardan prokurorluğun verdiyi protestə məhkəmədə baxılma vaxtı bəlli olub. 

 

Lent.az xəbər verir ki, Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyevin “Azadlıq” qəzetinə verdiyi məlumata görə, protestə fevralın 12-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Proses saat 12:30-da başlayacaq.

Qəzet həmçinin yazır ki, “Lamiyə olayı” ilə bağlı redaksiyaya ilginc məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Baş Prokurorluqda Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsi faktı ilə bağlı cinayət işi başlanıb. Artıq iki nəfər istintaqa cəlb olunub. Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşlarıdır.

Məlumatlarda daha sonra deyilir ki, hələ 2013-cü ilin dekabrında Penitensiar Xidmətin rəhbərliyinə bəlli olub ki, Lamiyə Quliyeva hamilədir. Penitensiar Xidmət bundan xəbər tutanda uşağı abort etdirmək vaxtı ötübmüş. Ona görə də məsələnin maksimum şəkildə gizli saxlanılması tapşırılıb. Məlumatlarda bildirilir ki, uşağın atası Lamiyə Quliyevanın açıqlamalarında adı keçən məhbus deyil. Penitensiar Xidmət həmin şəxsin kim olduğunu bilir, lakin bunu ictimaiyyətə açıqlamanması məqsədəuyğun sayılmır. 

Qəzetin yazdığına görə, həmin şəxsin adı redaksiyaya bəllidir. Lakin hələlik açıqlamır. “Lamiyə Quliyevanın uşağının atası olduğu deyilən məhbusun adı da redaksiyamıza bəlli olub. Lakin E.R adlı bu şəxsin də adını tam açıqlamaq istəmirik. Çünki yuxarıda qeyd etdiyimiz kimi bu şəxs Lamiyə Quliyevanın uşağının atası deyil. Sadəcə Lamiyə Quliyeva həmin şəxsin adını hallandırmağa məcbur edilib”.

Adının açıqlanmasını istəməyən Penitensiar Xidmətin keçmiş əməkdaşlarından biri redaksiya əməkdaşı ilə söhbətində Lamiyə Quliyevanın hansısa məhbusla intim münasibətdə olmasının qeyri-mümkün olduğunu deyib: “Lamiyə Quliyeva qadınlar üçün nəzərdə tutulan həbsxanada cəza çəkir. Orada kişi məhbus ola bilməz. Ona görə də olayın Kürdəxanı təcridxanasında baş verməsi versiyasını ortaya atıblar. Lakin həmin təcridxanada hansısa kişi məhbus Lamiyə Quliyeva ilə görüşmək üçün ən azı 7 qapı keçməlidir. Necə olub ki, həmin məhbus heç bir maneəsiz, nəzarətçilərin gözündən yayınaraq Lamiyə ilə görüşüb və üstəlik intim münasibətdə olub? Bu sadəcə mümkün deyil”, - deyə mənbə bildirib.  

Məlumatlarda həmçinin bildirilir ki, bu məsələ hakimiyyət daxilində də ciddi müzakirə mövzusudur. “Lamiyə olayı”nı Milli Məclisdə qabardılması, bu işdə təqsiri olan şəxslərin cəzalandırılmasının tələb edilməsi də bundan irəli gəlir. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 128
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21