Kürdəmirdə yük və minik avtomobilləri toqquşdu:<span style="color:red;">2 yaralı
06 yanvar 2017 20:17 (UTC +04:00)

Kürdəmirdə yük və minik avtomobilləri toqquşdu:2 yaralı

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

APA -nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağsu- Kürdəmir- İmişli yolunun Kürdəmir rayonunun Sor-sor kəndindən keçən hissəsində qeydə alınıb.

 

Kürdəmir rayon sakini 1957-ci il təvəllüdlü Ağa Xanlar oğlu Mirzəyevin idarə etdiyi “QAZ-53” markalı maşınla Ağcabədi rayon sakini 1974-ci il təvəllüdlü Elşad Mamed oğlu Axundovun idarə etdiyi “Mercedes” markali minik maşını toqquşub.

 

Nəticədə minik maşınının sürücüsü E. Axundov və sərnişini 1976-cı il təvəllüdlü Elnur Surxay oğlu Əliyev müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

Oxşar yazılar