Kürdəmir rayonunda mağazadan soyğunçuluq edən şəxs saxlanılıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən ərzaq mağazasında qeydə alınıb. Rayonun Xırdapay kənd sakini Sərxan Əhmədov ona məxsus mağazaya naməlum şəxsin balta ilə hücum edərək soyğunçuluq etməsi barədə Kürdəmir rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Dükan sahibinin sözlərinə görə, naməlum şəxs balta ilə mağazanın işçilərinə hədə-qorxu gələrək kassada olan pulları götürərək qaçıb. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış işləri həyata keçirilib. Hadisəni törətməkdə şübhəli bilinən Kürdəmir sakini Xəqani Allahyarov tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxs əməllərini etiraf edib. Xəqani Allahyarovun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar yazılar
Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 2025 , 06:05
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12
Xaçmazda "Range Rover" çaya aşdı
12 iyul 2025 , 23:01
Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55