Kürdəmir rayonunda oğurluq etmiş Yevlax şəhər sakinləri saxlanılıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da Nəcib Mənsimovun evindən 2110 manat oğurlamış Yevlax şəhər sakinləri Sona Mahmudova və Pərvanə Nadirova tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 16-da Rasim Kərimovun yaşadığı Atakişili kəndindəki evdən 100 manat və qızıl əşyalar oğurlamaları da müəyyən edilib.
Araşdırma aparılır.