Kürdəmir və Qusarda biçilmiş taxıl sahələri yandı
10 sentyabr 2015 03:14 (UTC +04:00)

Kürdəmir və Qusarda biçilmiş taxıl sahələri yandı

0

Kürdəmirdə və Qusarda yanğın hadisəsi baş verib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Kürdəmir rayonu, Xınıslı kəndində kənd əhalisinə məxsus ərazidə 150 ha biçilmiş taxıl sahəsi və 2 ha sahədə üzüm bağı yanıb. Üzüm bağının qalan hissəsi yanğından mühafizə olunub.

 

Qusar rayonu, Yasab kəndində isə kənd əhalisinə məxsus ərazidə 65 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdaki digər biçilmiş taxıl sahələri yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 335

Oxşar yazılar