Kürdəmir sakinlərindən narkotik götürülüb
07 sentyabr 2015 10:17 (UTC +04:00)

Kürdəmir sakinlərindən narkotik götürülüb

 Kürdəmir rayon sakinindən narkotik maddə götürülüb. APA-nın yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayonun Şahsevər kənd sakini, 37 yaşlı Usubov Qalib Babaqayıb oğlu saxlanılıb. Onun üzərinə baxış keçirilərkən çəkisi 6 qram olan narkotik maddə götürülüb. İlkin dindirmə zamanı saxlanılan şəxs narkotik vasitəni tanışı 53 yaşlı Şıxəliyev Qalib Daşdəmir oğlundan aldığını bildirib.  Q.Şıxəliyevin yaşadığı ünvana baxış keçirilərkən oradan 48 qram  qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı Kürdəmir Rayon Polisində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Oxşar yazılar