Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, sentyabrın 14-də saat 17.15 radələrində Biləcəri qəsəbəsi Ordubadi küçəsində Kürdəmir rayon sakini, 1970-ci il təvəllüdlü Arif Məmmədov idarə etdiyi “Kia-Sorento” markalı avtomobillə qəsəbə sakini, 1948-ci il təvəllüdlü Əbdül Quliyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı Binəqədi RPİ-də araşdrıma aparılır.