Külli miqdarda pul mənimsəmiş biznesmenin işi məhkəmədə
03 aprel 2014 11:09 (UTC +04:00)

Külli miqdarda pul mənimsəmiş biznesmenin işi məhkəmədə

Azərbaycanda iş adamı barəsində başlanılan cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iş icraçısı Müqayis Verdiyevin qanunsuz hərəkətləri ilə bağlı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə)  maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

 

İstintaq zamanı M.Verdiyevin etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhərində fiziki şəxslərdən 59 min manat dəyərində müxtəlif növ tikinti materiallarını, habelə Goranboy rayonu ərazisində aparılan tikinti-abadlıq işlərini həyata keçirən 27 nəfər usta və fəhlənin əmək haqlarının ödənilməsi üçün «Fəqan Xidmət Təşkilatı» MMC-dən nağd qaydada aldığı 21 min 138 manat məbləğində pulu mənimsəməsində və fiziki şəxs kimi 7 min 298 manat məbləğində vergiləri ödəməkdən yayınmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 və 213.1-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 889
avatar

Nizam Rza

Oxşar yazılar