Külək  nə vaxta qədər əsəcək? <span style="color:red;">PROQNOZ  - YENİLƏNİB
23 iyun 2014 15:18 (UTC +04:00)

Külək nə vaxta qədər əsəcək? PROQNOZ - YENİLƏNİB

Bakıda və Abşeron yarımadasında iyunun 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23, gündüz 25-30 dərəcə isti olacaq.

 


Azərbaycanın rayonlarında sabah gecə və axşam saatlarında şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda yağış yağacağı ehtimalı var. Güclü qərb qərb küləyi əsəcək. 
Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. 

 

İyunun 25-i gündüzə qədər Abşeron yarımadasında güclü küləyin əsməsi meteohəssas insanlar üçün əlverişsizdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2688

Oxşar yazılar