Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən Bakı Dövlət Sosial İqtisad Kollecində uzun müddət fəaliyyət göstərən korrupsiya şəbəkəsi ifşa edilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
E. Sultanov deyib ki, kollecin direktoru və digər 3 əməkdaş həbs edilib.
O, əlavə olaraq geniş aşıqlama veriləcəyini bildirib.