Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, saat 11-də başlayacaq qəbulda yalnız Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Astara rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 19 fevral 2015-ci il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.