Keçmiş polis əməkdaşı dəhşətli qəza törətdi: ölənlər var
12 dekabr 2013 11:05 (UTC +04:00)

Keçmiş polis əməkdaşı dəhşətli qəza törətdi: ölənlər var

Ağsu-Kürdəmir yolunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, 1958-ci il təvəllüdlü Məmmədov Faiq Balakişi oğlunun idarə etdiyi “Mitsubishi” markalı pikap aşıb. Nəticədə sürücü və sərnişini, 1961-ci il təvəllüdlü Bəkirov Hacıbala Ramazan oğlu hadisə yerindəcə keçinib. Avtomobildə olan digər sərnişin, 25 yaşlı Anar Baxşıyev isə ağır vəziyyətdə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Lent.az-ın digər məlumatına görə, qəzaya düşən şəxslərin hamısı Kürdəmir sakinləridir. Sürücü F.Məmmədov uzun illər polis sistemində çalışıb və bir neçə il əvvəl təqaüdə çıxıb.

# 4138
avatar

Nizam Rza

Oxşar yazılar